Mbappe PSJ-nin prezidentinin ona “torba tikdiyini” düşünür

Ötən gün Kilian Mbappenin pərəstişkarları oyunçuya yönələn zorlama ittihamlarından şoka düşüblər.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, fransalı futbolçunun adı mətbuata açıqlamada qeyd olunmasa da, İsveç prokurorları Stokholm otelində baş verən insidentlə bağlı araşdırmaya başlayıb.

Mbappenin mövqeyi ilə bağlı məlumatlar da yayımlanıb. “Real”ın futbolçusu əmindir ki, bu xəbərlərin mətbuatda yayılmasının arxasında PSJ-nin prezidenti Nasser Əl-Xələfi dayanır. Bundan əvvəl Mbappe zorlama xəbərini “saxta” adlandırmışdı. O, hesab edir ki, Əl-Xələfi ona böhtan atmağa çalışır.

Hazırda 25 yaşlı forvardla keçmiş klubu PSJ arasında maaş və bonuslarla bağlı borclar üstündə mübahisə gedir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button