“Mbappe hazırda yaxşı formada deyil” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin hazırkı durumundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun zəiflədiyini söyləyib:
“O, hazırda yaxşı formada deyil. Bazar günü olan matçda keçirdiyi anlara gəlincə, o, hər şeyi çox gözəl bilir. Yenə də yaxşı idi, xüsusən də, ikinci hissədə sürətli idi və çalışırdı.
Keçən yay yaşadığı hər şey, hər üç gündə bir oyunların olması Mbappenin zəifləməsinə haqq qazandırır. Əsas odur ki, o, gülümsəyir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin