“Mən Mbappe, Haland və Levandovski ilə eyni səviyyədəyəm”
Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines özünün oyun səviyyəsini dəyərləndirib.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, argentinalı forvard özünü Kilian Mbappe, Erlinq Haland kimi futbolçularla müqayisə edib:
“Mən Kilian Mbappe, Erlinq Haland və Robert Levandovski ilə eyni səviyyədəyəm. Mənim həsəd aparacağım heç nə yoxdur. Mənim kuboklarım və statistikam bunu göstərir. Buna görə də, mən bu böyük oyunçularla eyni səviyyədə ola bilərəm”.
Martines İtaliya çempionatının cari mövsümündə 33 oyunda iştirak edib. 26 yaşlı forvard 24 qol (ikisi penaltidən) və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin