Hakimi həbs edilə bilər – Mbappe də ifadə verdi

PSJ-nin sabiq hücumçusu Kilian Mbappe 2023-cü ildə komanda yoldaşı olmuş Əşrəf Hakiminin təcavüzdə ittiham olunduğu iş üzrə şahid qismində ifadə verib.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Hazırda “Real”da oynayan Mbappe istintaqa verdiyi ifadədə Hakiminin davranışları ilə bağlı aşağıdakı fikirləri bildirib:

“Biz bu cür mövzuları tez-tez müzakirə edirdik və həmişə ehtiyatlı yanaşırdıq. Birincisi, biz vəhşi deyilik. İkincisi, karyeramızın əvvəllərindən bu cür hallara hazır idik.

Hakimi qadınlara hörmətlə yanaşan insandır. Hətta sərxoş olanda belə, heç vaxt onu tərbiyəsiz davranarkən görməmişəm. Eyni zamanda, onun dost çevrəsindən də belə bir şey eşitməmişəm ki, kiməsə qarşı həddini aşıb”.

Məhkəmə prosesi davam edir.

Hakiminin vəkili təsdiqləyib ki, Fransa prokurorluğu 2023-cü ildəki təcavüz hadisəsi ilə bağlı rəsmi ittiham irəli sürülməsini tələb edib.

Mərakeşli futbolçunun günahı sübut olunsa, onu 15 ilədək həbs cəzası gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button