Haker hücumu: Mbappe Messini “söydü”
“Real”ın yeni transferi Kilian Mbappenin sosial şəbəkədəki hesabı haker hücumuna məruz qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər fransalı futbolçunun adından Mbappenin PSJ-də birlikdə oynadığı argentinalı hücumçu Lionel Messiyə qarşı təhqiramiz yazılar paylaşmağa başlayıblar.
Mbappe yalnız səhər saatlarında hesabına giriş edib və bütün təxribatçı yazıları silə bilib.
25 yaşlı forvard bu yay “Real”a keçərək, 5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin