Ançelotti: “Mbappe getdikcə meydanda fərq qoyur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kilian Mbappenin oyunundan razıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçu haqda bunu deyib:

“Mbappenin bacarığı getdikcə nəzərə çarpır, o, meydanda fərq qoyur. Ondan gözlədiyimiz budur”.

Mbappe dubl edib və komandasına La Liqanın 29-cu turunun “Leqanes”lə matçında (3:2) qələbə qazanmasına kömək edib.

Mbappe bu mövsüm La Liqada 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button