Mbappe geri döndü

“Real”ın hücumçusu Kilian Mbappe Klublararası dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Avstriyanın “Zalsburq” komandası ilə oyunda meydana çıxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard qrup mərhələsinin ilk oyununda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qarşı matçda iştirak etməyib.

O, bağırsaq infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilmişdi, ancaq artıq müalicəsini başa vuraraq “kral klubu”nun düşərgəsinə qayıdıb.

“Real”la “Zalsburq” arasında qrup mərhələsinin son qarşılaşması iyunun 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button