“Mbappe gələn mövsüm Madriddə olacaq” – La Liqanın prezidenti
İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin yay transfer pəncərəsində “Real”a keçəcəyini təsdiqləyib.
Komanda.az “Ole” portalına istinadən xəbər verir ki, qurumun rəhbəri fransalı futbolçunun növbəti mövsümdə La Liqada çıxış edəcəyini deyib:
“Mbappe gələn mövsüm Madriddə olacaq, bəli. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma “Real”da Vinisius Junior və Çud Bellingem var. Madriddə əla komanda olacaq. Amma təbii ki, bu, çempionatda qələbəyə zəmanət vermir”.
Mbappe PSJ-dən ayrılacağını mayın 10-da açıqlayıb. O, Paris klubundan azad agent kimi ayrılacaq.
Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin