Mbappedən rəqib qapıçıya: “Mənə dediyin lənətə gəlmiş bir sözü də başa düşmürəm”
“Real” həftəsonu evdə “Espanyol”u böyük hesabla məğlub etdi – 4:1. Madridlilərin hücumçusu Kilian Mbappe oyunun sonunda penaltini dəqiq yerinə yetirib. “Espanyol”un qapıçısı zərbədən əvvəl Mbappeyə nəsə deyib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, penaltini dəqiq yerinə yetirən fransalı forvard qapıçının ona nə dediyini anlamayıb:
“Mənə dediyin lənətə gəlmiş bir sözü də başa düşmürəm”.
Mbappenin qapıçıya dediyi sözlər yaxınlıqda dayanan komanda yoldaşı Lukas Vaskesi güldürüb.
“Real” bu gün “Alaves”lə ev matçına çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin