“Mbappe Deşamı aldadıb, onu axmaq kimi göstərib”

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin noyabrda keçiriləcək təlim-məşq toplanışına dəvət almayıb.

Komandanın baş məşqçisi Didye Deşam daha əvvəl futbolçu ilə söhbətdən sonra bu qərarı verdiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış jurnalist Daniel Riolo bu mövzuya münasibət bildirib:

“Yalnız bir səbəb var. Mən min faiz əminəm ki, bu, keçən ay baş verənlərin əvəzidir. Mbappe Deşama “zədəm var” dedi. Üç gün sonra isə o, ilk dəqiqələrdən “Real”da oynadı. Bu, Deşamı təhrik etdi. Mbappe onu aldadıb, axmaq kimi göstərib. O, bunu özünün avtoriteti baxımından reaksiyasız buraxa bilməzdi”.

25 yaşlı Mbappe bu ilin yayında PSJ-dən ayrıldıqdan sonra “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button