
Mbappe cəzalandırıla bilər
Kilian Mbappe “Real”ın bu gün səhər məşqinə iki dəqiqə gecikib.
İspaniya vaxtı ilə saat 10:00-da başlamalı olan toplanışa fransalı futbolçu 10:02-də – “Valdebebas” bazasına çatıb.
Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
Sosial şəbəkədə paylaşılan kadrlar 26 yaşlı forvardın avtomobillə bazaya girişini əks etdirir. Hazırda klubun ona qarşı intizam tədbirləri görüb-görməyəcəyi məlum deyil.
Dünən “Barselona”nın vingeri Rafinya Dias “Valensiya” ilə (6:0) oyunda start heyətindən kənarda qalmışdı. Buna səbəb onun vaxtında isinmə hərəkətlərinə qoşulmaması idi.
Mbappe La Liqanın 4-cü turunda, “Real Sosyedad”la (2:1) matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



