
Mbappe baş məşqçidən narazıdır
PSJ-nin hücumçusu Kilian Mbappe ilə Paris klubunun baş məşqçisi Luis Enrike arasındakı münasibət pisləşib.
Komanda.az “Ekip” nərinə istinadən xəbər verir ki, fransalı futbolçu iki əsas səbəbdən mütəxəssisdən narazıdır. Mbappe PSJ-nin Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə son matçının (1:1) sonunda intensivliyi azaltmaq tələbini bəyənməyib. 24 yaşlı oyunçu Enrikenin ondan mərkəz hücumçusu kimi istifadə etməsindən razı deyil.
Bəzi ekspertlər Mbappenin Liqa 1-də “Lill”lə oyununda (1:1) vurduğu qolu qeyd etməməsini onun məsələ ilə bağlı mövqeyinə etiraz ifadəsi kimi dəyərləndirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin