Mbappe Bakıya gəlməyəcək!

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisindən kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, jurnalist Abdellah Bulma sosial şəbəkədə fransalı hücumçunun 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunu üçün Azərbaycana getməyəcəyi ilə bağlı məlumat yayıb.

Mbappe hələ də sağ topuğundakı iltihabdan əziyyət çəkir. Onun tezliklə Madriddə tibbi müayinədən keçməsi planlaşdırılır.

Dünən Fransa millisi Ukraynanı 4:0 hesabı ilə məğlub edib. Mbappe bu oyunda iki dəfə fərqlənib. Bu nəticə fransızlara 2026-cı il dünya çempionatına vəsiqə qazanmağa imkan verib və Azərbaycanda keçiriləcək matçın bundan sonra heç bir əhəmiyyəti olmayacaq.

Azərbaycan – Fransa matçı noyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button