Mbappe Azərbaycan millisi ilə oyunu buraxacaq?

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin məşqində iştirak etməyib.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

Didye Deşamın komandası 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşır. Mbappe İspaniya La Liqasının son turunda, “Vilyarreal”la (3:1) qarşılaşmada aldığı zədə səbəbindən millinin məşq prosesini buraxıb.

Fransa yığması növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da olacaq. Mbappenin bu görüşdə meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button