“Mbappe aylardır qarayaxma kampaniyasına məruz qalır”

Kilian Mbappeyə qarşı zorlama ittihamları haqda məlumatlar onun PSJ-dən maaş və bonuslar üzrə borcunu istəməsi ilə bağlı məhkəmə iclasından dərhal əvvəl mətbuata sızıb.

Komanda.az BFMTV-yə istinadən xəbər verir ki, fransalı forvardın vəkili Mari-Aliks Paris klubunun bu vəziyyətə hansısa şəkildə qarışa biləcəyi ilə bağlı sualı cavablandırıb:

“PSJ Mbappenin nüfuzuna xələl gətirmək üçün bütün bunların arxasında ola bilərmi? Mən bu nəzəriyyəyə girmək fikrində deyiləm. Sui-qəsd nəzəriyyələrinin tərəfdarı deyiləm. Amma heç bir şübhə yoxdur ki, Mbappe aylardır qarayaxma kampaniyasına məruz qalır və onun imici zədələnib. Bu, danılmazdır. Mbappeyə qarşı kampaniya aparılır”.

25 yaşlı hücumçu yay transfer pəncərəsində azad agent kimi PSJ-dən “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button