Mbappe “Atletiko” ilə matçı buraxa bilər

“Real” Kilian Mbappenin “Atletiko” ilə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak edə biləcəyinə ümid edir.

Bir qədər əvvəl məlum olduğu kimi, fransalı futbolçu əzələ problemi səbəbindən matçı buraxa bilər.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, “kral klubu” Mbappenin tibbi müayinəsinin nəticələrini gözlədiyi üçün qarşıdakı derbi üçün yekun heyətini açıqlamayıb.

26 yaşlı forvardla bağlı qərar oyun günü veriləcək.

Bu gün keçiriləcək “Atletiko” – “Real” matçının start fiti saat 00:00-da səslənəcək. İlk oyunda “Real” evdə 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button