
Mbappedən Ançelotti – Alonso müqayisəsi
“Real”ın hücumçusu Kilian Mbappe sabiq baş məşqçi Karlo Ançelotti ilə komandanın hazırkı çalışdırıcısı Xabi Alonsonu müqayisə edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı forvard, hər iki mütəxəssisin fərqli futbol fəlsəfəsinə malik olduğunu bildirib:
“Karyeramda çoxlu məşqçilərlə işləmişəm və artıq başa düşmüşəm ki, hər birinin öz yanaşması var. Alonso Ançelottidən fərqlənir. Onun işə yanaşması tam başqadır və komanda artıq nə istədiyini anlayır. Bu mövsüm xeyli irəliləmişik. “Real” düzgün yoldadır və məqsədimiz kuboklardır”.
Alonso “Real”ın “sükanı arxasına” bu ilin yayında keçib. Onun komandası hazırda La Liqanın 10 turundan sonra turnir cədvəlinin lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



