Mbappenin ailəsi futbol klubu alır

“Real”ın hücumçusu Kilian Mbappe futbol klubunun sahibi ola bilər.

Komanda.az “After Foot”-a istinadən xəbər verir ki, Mbappe ailəsinin “Kan” futbol klubunu satın alma prosesində olduğu açıqlanıb.

Təbii ki, Mbappe özü işlərə rəhbərlik etməyəcək. Klubu Faiza Lamarinin idarə etdiyi şirkət alır. Bu, “Real”ın yeni oyunçusunun anası və yarımştat agentidir.

Mbappe 2013-cü ildə “Kan”a keçə bilərmiş. “Kan” hazırda Liqa 2-də, Fransanın ikinci ən yüksək futbol divizionunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button