
Mbappe: “Azərbaycanla oyun İslandiya ilə matçdan az önəmli deyil”
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.
Komanda.az xəbər verir ki, “Real”da çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib:
“Azərbaycanla oyun İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm”.
Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin



