“Qırmızı şeytanlar”la ilk “qırmızı”
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 33-cü turunda “Vulverhempton”a 1:2 hesabıyla məğlub olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Eşli Yanq, görüşün 57-ci dəqiqəsində baş hakim Mayk Dindən ikinci sarı vərəqəsini alaraq, meydandan qovulub. Bu, Yanqın “Mançester Yunayted” formasıyla aldığı ilk qırmızı vərəqə olub.
2011-ci ildən “Mançester Yunayted” forması geyinən 33 yaşlı futbolçu, “qırmızı şeytanlar”la 236 rəsmi oyuna çıxıb.
Yanq “Mançester Yunayted”dən əvvəl formasını geyindiyi “Aston Villa”da da bir dəfə qırmızı vərəqəylə cəzalanıb. Yanqa həmin vərəqəni də məhz Mayk Din göstərmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin