Mauro İkardi Vanda Nara ilə barışdı

“Qalatasaray”ın hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə barışıb.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bir müddət öncə onlar məhz sosial şəbəkə hesablarında ayrıldıqlarını açıqlamışdılar. Lakin məşhur cütlük yenidən barışmağa qərar verib.

Belə ki, Maldiv adalarına istirahətə gedən İkardi və Nara barışdıqlarını məhz orada bəyan ediblər. Təcrübəli hücumçu “İnstagram” hesabında bunları yazıb:

“Həyatımın qadını deyildin, həyatımı dəyişdirən qadındın. Ancaq Disney hekayələrinin ikinci sezonları da var. Səni sevirəm, Vanda”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button