Sarri İngiltərə klubunun təklifini qəbul etməyib

Bir müddət əvvəl “Latsio”dan ayrılan Mauritsio Sarrinin işsiz günləri qısa çəkə bilərmiş.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış “Nottingem Forest” italiyalı mütəxəssisə 3 illik rəsmi təklif göndərib. Lakin təcrübəli məşqçi “Nottingem Forest”in təklifini qəbul etməyib.

O, dincəlmək istədiyi üçün Premyer Liqa klubunda çalışmaq istəməyib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button