Mourinyo: “Qarşıda hələ uzun karyeram var”
“Çelsi”, “Portu”, “Real”, “İnter” və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo peşəkar karyerasını bitirmək barədə düşünmədiyini bildirib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşıda hələ uzun karyerasının olduğunu söyləyib:
“Mənim 61 yaşım var və 65 yaşıma kimi bu işi dayandırmaq istəmirəm. Qarşıda hələ uzun karyeram var”.
Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Portuqaliyalı çalışdırıcı 2021-ci ildən İtaliya komandasına rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin