Ten Haq: “Mauntun çıxışından çox razıyıq”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Meyson Mauntdan gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun çox şeyə qadir olduğuna əmindir:
“Biz bilirik ki, Maunt yüksək səviyyəli oyunçudur. Keçən mövsüm onun üçün bütün zədələrinə görə çox pis keçdi və indi onun mövsümöncəsi çıxışından çox razıyıq. Əminəm ki, o, çox şeyə qadirdir”.
25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında “Çelsi”dən “Mançester Yunayted”ə keçib. O, son mövsümdə “qırmızı şeytanlar”ın heyətində 20 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin