Matteusun karyerasının ən ağır anı
Keçmiş futbolçu Lotar Matteus 1999-cu ilin UEFA Çempionlar Liqasının “Mançester Yunayted” – “Bayern” final matçı (2:1) barədə danışıb.
Komanda.az “Four Four Two”-ya istinadən xəbər verir ki, o, həlledici qarşılaşmada “qırmızı şeytanlar”dan üstün oynadıqlarını deyib:
“Həmin görüş karyeramın ən ağır anı oldu. Biz oyunda “Mançester Yunayted”dən qat-qat üstün idik. Çox ağrılı məğlubiyyət idi”.
Matteus karyerası ərzində Çempionlar Liqasının qalibi olmayıb. O, futbolçu karyerasını 2000-ci ildə, “Nyu York Metro Stars”da bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin