“Tuxel təzyiq altındadır” – Keçmiş futbolçu
“Bayern”in sabiq futbolçusu Lotar Matteus Münhen klubunun baş məşqçisi Tomas Tuxelin komandadakı mövqeyini dəyərləndirib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bunları deyib:
“Bu qərar göz qabağında idi, verilməli idi. Tuxelin mövsümün sonuna qədər komandanın başında qalacağı, lakin bunun baş tutması üçün nəticələrin uğurlu olması lazım olduğu deyilirdi. Əks halda, o, erkən gedəcək. Buna görə də, Tuxel təzyiq altındadır”.
Daha əvvəl almaniyalı mütəxəssisin yayda komandanı tərk edəcəyi bildirilib.
Tuxel 2023-cü ilin martından “Bayern”ə rəhbərlik edir. Münhen klubu 50 yaşlı məşqçi ilə 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqaviləni yeniləməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin