“Kroos milliyə qayıtmasından çox məmnun ola bilər” – Keçmiş futbolçu
Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus Fransa və Almaniya yığmaları arasında keçirilən yoldaşlıq oyununda (0:2) yarımmüdafiəçi Toni Kroosun çıxışını dəyərləndirib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, belə deyib:
“Toni Kroos milliyə qayıtmasından çox məmnun ola bilər. Sakitliyi, intellekti, mövqe oyunu və komanda yoldaşlarına diqqəti ilə yaxşı rəqib qarşısında seçilirdi. Kroos bu oyunda əla iş gördü”.
Kroos Fransa millisi ilə matçda meydanda 90 dəqiqə keçirib və 1 məhsuldar ötürmə edib.
34 yaşlı yarımmüdafiəçi 2021-ci ildən sonra ilk dəfə millinin oyunlarında iştirak edib. Futbolçu milli karyerasını AÇ-2020-dən sonra başa vursa da, bu ilin fevralında onu bərpa etmək qərarına gəlib. Kroos milli komandada 106 matçda iştirak edib, 17 qol vurub.
Bizi Facebook-da izləyin