Sabiq futbolçu Sanenin “Qalatasaray”a keçidi haqda: “Əla transferdir!”

“Bayern”in sabiq futbolçusu Lotar Matteus vinger Leroy Sanenin Münhen klubundan ayrılaraq “Qalatasaray”a keçmək qərarını dəstəkləyib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, Türkiyə klubunun yaxşı komanda olduğunu bildirib:

“Düşünürəm ki, bu, əla transferdir! “Qalatasaray”ın iddiaları, böyük büdcəsi var, Türkiyə futbolu güclənib, qalmaqallı günlər geridə qalıb. Türkiyənin həmişə bilet satılan möhtəşəm stadionları və yaxşı məşqçiləri var. “Qalatasaray” çox yaxşı klubdur.

Hər şey Sanenin özündən asılıdır. O, Super Liqada və Çempionlar Liqasında “Qalatasaray”ın heyətində yaxşı çıxış etsə, dünya çempionatında oynamaq şansı çox yüksəkdir”.

Sane “Qalatasaray”la 3 illik müqavilə imzalayıb. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button