Bekkenbauerin səhhəti yaxşı deyil – Açıqlama

Keçmiş futbolçu Lotar Matteus “Bayern”in fəxri prezidenti Frans Bekkenbauerin səhhəti ilə bağlı açıqlama verib.

Komanda.az Almaniyanın RTL telekanalına istinadən xəbər verir ki, o, Bekkenbauerin səhhətinin yaxşı olmadığını vurğulayıb:

“Ona can sağlığı diləyirik. İstəyirik ki, qoca Bekkenbauer aramıza enerji dolu qayıtsın. Özü də hər zaman deyirdi ki, sağlamlıq dünyada ən vacib şeydir. Onun səhhəti indi yaxşı deyil. Gəlin, onun yaxşı olacağına ümid edək”.

Sentyabrın 11-də Bekkenbauerin 78 yaşı tamam olacaq. O, 1964-1977-ci illərdə “Bayern”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button