“Barselona”nın bu futbolçunu almasını istəyirəm” – Matteus

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Atletik”in hücumçusu Niko Uilyamsı görmək istədiyi klubun adını çəkib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Uilyamsı “Barselona”da görmək istədiyini bildirib:

“Barselona”nın bu futbolçunu almasını istəyirəm. Dostum Hans-Diter Flik onu xəyal edir. Onun təzminatı 60 milyon, bazar qiyməti isə artıq 100 milyon avronu ötüb”.

“Barselona”nın 22 yaşlı forvardın transferi ilə bağlı fəal danışıqlar apardığı bildirilirdi.

Uilyams İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çempion olub. O, finalda qol vurub və ispanların İngiltərə millisini 2:1 hesabı ilə məğlub etməsinə kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button