Matteusdan Bundesliqa çempionluğu ilə bağlı proqnoz

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus Bundesliqanın növbəti mövsümündə hansı klubu favorit hesab etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu “Bayer”in favorit olduğunu bildirib:

“Bayer” turnirin favoritidir. Bu, Leverkuzen klubunun liqa çempionu və kuboka sahib olması ilə bağlı deyil. Onların “Bayern” və “Borussiya” üzərində aşkar üstünlükləri var. Artıq iki ildir ki, Xabi Alonso komandanın “sükanı arxasında”dır. Onlar heyəti qoruyub saxlayıb və yeni oyunçularla gücləniblər”.

“Bayer” ötən mövsüm Bundesliqada heç bir məğlubiyyət yaşamadan Almaniya çempionu olub. “Bayern” 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button