Matteo Genduzi Qurban Qurbanova təşəkkür etdi

“Marsel”in futbolçusu Matteo Genduzi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab matçından sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, Ağdam klubuna qarşı keçirdikləri oyunu belə şərh edib:

  • Biz mərhələ adladıq. Amma unutmayaq ki, “Qarabağ” çox güclü oynadı, güclü komandadır. Bura gələrkən hazırlaşmışdıq. Bizim üçün əsas olan nəticə idi. Üç qol vurub, top buraxmamaq da böyük nailiyyətdir. Nəticə qazandığımıza görə şadıq.
  • Həm qol vurdunuz, həm də qapınıza vurulan qolun sayılmamasında əsas rol oynadınız. Hansı daha vacib idi?
  • Çox çətin oyun oldu. Çünki qarşımızdakı komanda gözəl oynadı. Amma bizim üçün əsas hədəf mərhələni keçmək idi. Buna da 3 qol vuraraq nail olduq. Ləğv olunan qola gəlincə, həmin epizodda hamı gördü ki, top oyunçunun əlinə dəydi. Gözləyirdik ki, hakim bunu görər və qeydə alar. Amma bunu qeydə almadı. Topun ələ toxunuşunu görmədiyini dedi. Düzdür, “Qarabağ” oyunçuları ilə mübahisəmiz oldu. Amma yaxşı ki, sonda baş məşqçiləri və kapitanı bunu qəbul etdi və yekunda ədalətli qərar qəbul olundu. Onlara buna görə təşəkkür edirik.
  • “Qarabağ”ın əllə qol vuran futbolçusunun əvəzində sən olsaydın, əllə oynadığını etiraf edərdin?
  • Nadir haldır. Bunun cavabını vermək üçün əlimlə qol vurmalıyam ki, bilim necə olacaq.
  • Tribunalarda azarkeşlər çox idi, ab-hava yaxşı idi. Bu, sizin oyununuza təsir etdi?
  • Yox. “Qarabağ”ın azarkeşləri dəstək verdilər komandalarına. Üç il bundan qabaq “Arsenal”ın heyətində burada oynayarkən eyni ab-hava görmüşdüm. “Qarabağ” azarkeşləri həmişə sona qədər komandalarına dəstək verirlər. Onlar öz komandalarını sevirlər.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button