Matri A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Breşiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı hücumçu Alessandro Matrini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2016-cı ildən “Sassuolo”da çıxış edən 35 yaşlı forvard 1 illik icarəyə götürülüb.

“Milan”ın yetirməsi olan, İtaliya yığmasında da oynamış Matri karyerası ərzində “Kalyari”, “Yuventus”, “Fiorentina”, “Cenoa” və “Latsio” kimi klubların da şərəfini qoruyub.

“Breşiya” Matri ilə yanaşı, “Cenoa”da çıxış edən braziliyalı yarımmüdafiəçi Romulonu da 1 illik icarəyə götürüb. “Yuventude”nin yetirməsi olan 32 yaşlı futbolçu 2018-ci ildən Genuya klubunda çıxış edir. O, karyerası ərzində “Metropolitano”, “Şapekoense”, “Santo Andre”, “Kruzeyro”, “Atletiko Paranaense”, “Fiorentina”, “Verona” və “Yuventus”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button