Matiç İtaliya klubunda – Rəsmi

Serbiyalı futbolçu Nemanya Matiç “Sassuolo” klubuna keçib.

Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıb. Müəyyən şərtlər yerinə yetirilərsə, müqavilə avtomatik olaraq bir mövsüm uzadılacaq.

Matiç son iki mövsümü “Lion”da keçirib. O, karyerası ərzində “Çelsi” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button