Matiç Fransada klubunu dəyişir

Serbiya millisinin sabiq üzvü Nemanya Matiç klubunu dəyişib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun “Lion”a keçəcəyi bildirilir. Yarımmüdafiəçi Fransa klubu ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Son olaraq “Renn”də (Fransa) çıxış edən Matiç “Çelsi”, “Mançester Yunayted”, “Roma”da da oynayıb. Onun “Beşiktaş”la da danışıq apardığı haqda xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button