“Qvardiola məndə ən böyük təəssürat yaratdı” – Kovaçiç
“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç baş məşqçi Pep Qvardiola ilə işləməkdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu onun komanda işinə uyğun gəlməyən heç kimin Qvardiolanın komandasında “sağ qala bilməyəcəyini” söyləyib:
“Hər məşqçidən fərqli vaxtlarda nəsə öyrənirsən. Allaha şükürlər olsun ki, əla mütəxəssislərlə işləmişəm. Mauritsio Sarri ilə çox yaxşı işlədim. Tomas Tuxellə xüsusi əlaqəm var, onun rəhbərliyi altında böyük bir addım atdım və Çempionlar Liqasını da qazandıq. Amma Qvardiola məndə ən böyük təəssürat yaratdı və başa düşürəm ki, niyə çoxu onu dünyanın, bəlkə də, futbol tarixinin ən yaxşı məşqçisi hesab edir.
Bilirsiz ki, o, ən yaxşı vəziyyətdə olmasa, oyunçunu ehtiyatda saxlayan adamdır. Oyunçunu nə qədər bəyənsə də, ona nə qədər hörmət etsə də, onun komanda işinə uyğun gəlməyən heç kim Qvardiolanın komandasında “sağ qala bilməyəcək”.
53 yaşlı mütəxəssis daha əvvəl “Barselona” və “Bayern”i çalışdırıb. İspaniyalı məşqçi peşəkar karyerası ərzində 37 kubok qazanıb.
Qvardiola 2016-cı ilin iyulundan “Mançester Siti”yə rəhbərlik edir.
Bizi Facebook-da izləyin