
İnzaqi: “Bu matçın bizim üçün nə qədər vacib olduğunu bilirik”
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya kubokunun yarımfinalında “Milan”la keçirəcəkləri ilk oyundan əvvəl açıqlama verib.
Komanda.az Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı matçın nə qədər vacib olduğunu bildiklərini deyib:
“Bu matçın bizim üçün nə qədər vacib olduğunu bilirik, çünki bu, yarımfinaldır, derbidir. Bu mövsüm bizə və başqalarına çoxlu problem yaradan komandaya qarşı yaxşı oyun göstərmək istəyirik”.
Digər yarımfinal matçında “Bolonya” doğma meydanda “Empoli”ni məğlub edib – 3:0. Cavab oyunu aprelin 24-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



