Hazard: “Məni rahat buraxın, dostlarımla vaxt keçirmək, kart oynamaq, pivə içmək istəyirəm”

“Real”ın keçmiş vingeri Eden Hazard komandanın sabiq futbolçusu Kriştiano Ronaldo ilə eyni idman mentalitetinə sahib olmaq istərdimi sualını cavablandırıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı keçmiş oyunçu onu rahat buraxmaqlarını istəyib:

“Yox. Elə olsa, artıq mən olmazdım. Ronaldo kimi hər şeyi etsəydim, canımı yandırardım. Bir matçdan sonra soyuq vannada bir saat mənim üçün deyil. Məni rahat buraxın, dostlarımla vaxt keçirmək, evə getmək, kart oynamaq, pivə içmək istəyirəm. Uşaqlarımla iki saat bağda oynadım. Bu, mənim oyundan sonra sağalmağım idi”.

Hazard peşəkar karyerasını ötən ilin oktyabrında, 32 yaşında başa vurub. O, 2019-cu ildə “Çelsi”dən “Real”a keçəndən sonra müntəzəm olaraq zədə almağa başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button