“Salahdan da yaxşı futbolçular bu cür dəyişiklikləri sakit qarşılayıblar”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə çempionatının 1-ci turunun “Çelsi” – “Liverpul” (1:1) görüşü haqda danışıb. O, 77-ci dəqiqədə əvəzlənən Məhəmməd Salahın bu qərara emosional münasibətindən söz açıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Roy Kin misirli forvardın reaksiyasını normal hesab etmədiyini deyib:

“Matç zamanı futbolçuların bu cür emosiyaları normaldır. Salah baş məşqçinin qərarından sonra ehtiyat futbolçular skamyasında sakit oturmalı idi. Əlbəttə, əsəbiləşə bilərsiz. Lakin onu cilovlaya bilmək vacibdir. Salahdan da yaxşı futbolçular bu cür dəyişiklikləri sakit qarşılayıblar”.

“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunda “Bornmut”la, “Çelsi” isə “Vest Hem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button