ÇL: “Asan oyun olmayacaq”

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Union”a (Berlin) qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu matçın çətin keçəcəyini söyləyib:

“Bizim gənc və istedadlı komandamız var. Əlimizdən gələn hər şeyi qazanmağa çalışırıq. Amma “Union” çox sarsılmaz və çətin komandadır. Ona görə də, asan oyun olmayacaq”.

“Real” – “Union” matçı bu gün saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button