Matanın yeni klubu bilindi

İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”də çıxış edəcək.

İspaniyada “Valensiya”, İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və Türkiyədə “Qalatasaray” kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button