“Mançester Yunayted”dən ayrılır, İspaniyaya gedir
“Mançester Yunayted”in futbolçusu Xuan Mata karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Atletiko”ya transfer olmağa yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Atletiko”nun Mata ilə ilkin razılıq əldə etdiyi iddia olunur.
İspan futbolçunun atası bir müddət əvvəl “Mançester Yunayted”in Mataya yeni müqavilə təklif etdiyini açıqlamışdı.
2014-cü ildən “qırmızı şeytanlar”da forma geyinən Matanın hazırkı müqaviləsi mövsümün sonunda bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin