Mata ayrılığa hazırlaşır
İspaniyalı futbolçu Xuan Mata mövsümün sonunda “Mançester Yunayted”i tərk etməyə hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsi yayda başa çatır və o, azad agentə çevriləcək.
Mata elə də çox şans qazanmadığı “Mançester Yunayted”lə yeni müqavilə bağlamaqda maraqlı deyil.
Mata 2014-cü ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 9 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin