Alleqrinin taleyi Çempionlar Liqasından asılıdır

“Yuventus” bu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub rəhbərliyi baş məşqçi Massimiliano Alleqrini tutduğu vəzifədən qovacaq.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, xeyli gəlir itirəcək. Lakin Turin klubunun rəhbərliyi italiyalı mütəxəssisin işindən razıdır və belə bir ssenarinin yaşanmasını istəmir.

“Yuventus” A Seriyasında 30 turdan sonra 59 xal toplayaraq, 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button