
“Messi bizi irəli aparır”
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Klublararası dünya çempionatında “Portu” üzərində 2:1 hesablı qələbədən sonra Lionel Messinin əhəmiyyətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu komandanın əsas göstəricisi kimi qiymətləndirib:
“Leo bizim bələdçimizdir. O, komandaya həqiqətən necə mübarizə aparmağın nə demək olduğunu göstərir. Yorğun, zədəli olduğu vaxtlarda belə, meydandan getməyib və komandaya kömək etmək üçün əllindən gələni edib. Onun ruh yüksəkliyi, oyuna olan ehtirası yoluxucudur. O, bizi irəli aparır və onunla həmişə şansımız var”.
Bu qələbə “İnter Mayami”yə pley-off mərhələsinə yaxınlaşmağa imkan verib. Komanda iyunun 24-də “Palmeyras”la qarşılaşacaq və növbəti mərhələyə yüksəlməsi üçün heç-heçə də bəs edir.
Bizi Facebook-da izləyin



