Baş məşqçidən Messinin durumu ilə bağlı açıqlama

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “Columbus Crev”lə oyundan sonra komandanın hücumçusu Lionel Messinin durumu haqda danışıb.

“İnter Mayami” aprelin 19-da MLS çərçivəsində keçirilən matçda 1:0 hesabı ilə qalib gəlib. Oyundan sonra Messinin matçı diskomfortla başa vurduğu haqda xəbərlər yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis hər şeyin qaydasında olduğunu deyib:

“Mən bildiyimə görə, heç nə baş verməyib. Hər şey qaydasındadır, onu paltardəyişmə otağında gördüm. Həkimlərdən soruşmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button