
Baş məşqçi Messinin durumuna aydınlıq gətirdi
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “Dallas”a (3:4) qarşı keçirilən MLS çempionatının oyununda Lionel Messinin heyətdə olmaması ilə bağlı açıqlama verib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Messinin sağlam olduğunu və sadəcə olaraq istirahət etməyə qərar verdiklərini bildirib:
“Leo yaxşıdır. “Vankuver”lə (0:2) oyundan sonra, yolboyu 6-7 saat sərf etdik və sonra süni örtüklü meydançada oyuna çıxdıq. Biz həmçinin, ona və digər oyunçulara istirahət verməyi qərara aldıq. Ancaq Messi yaxşıdır, bu gün məşq etdi və növbəti oyunda iştirak etməyə hazırdır”.
37 yaşlı forvard bu mövsüm “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin