“Bu cür güclü PSJ-yə qarşı hətta Messi belə, təkbaşına nəsə etməyə çətinlik çəkir”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano 38 yaşlı argentinalı hücumçu Lionel Messinin Klublararası dünya çempionatının 1/8 final mərhələsində PSJ-yə qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az “beIN Sports”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Messinin yaxşı oyun keçirdiyini bildirib:

“Məncə, Messi yaxşı oyun keçirdi. Belə böyük futbolçunu çalışdırmaq mənim üçün şərəfdir. Amma bu cür güclü PSJ-yə qarşı hətta Messi belə, təkbaşına nəsə etməyə çətinlik çəkir”.

Qarşılaşma Paris klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bütün qollar ilk hissədə vurulub.

Luis Enrikenin yetirmələri yarımfinala vəsiqə uğrunda “Bayern”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button