
Baş məşqçidən Busketsin gələcəyi haqda açıqlama
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın yarımmüdafiəçisi Serxio Busketsin gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu haqda konkret heç nə deməyib:
“Busketsin oynamağa davam edəcəyini gözləyirəm. O, hələ də futbol meydançasında faydalı ola bilir. Bununla belə, konkret heç nə deyə bilmərəm. Çünki futbolçu ilə klub arasında aparılan danışıqlar mənə aid deyil”.
İspaniyalı futbolçu 2023-cü ildə “Barselona”dan “İnter Mayami”yə keçib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



