Baş məşqçisi Messi ilə bağlı risk etmək istəməyib

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın lideri Lionel Messinin MLS-də “Şarlotta” ilə matçda (0:1) oynamamasının səbəbini açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messi ilə bağlı ona oyun vaxtı vermək barədə düşündüklərini bildirib:

“Reallıq ondan ibarətdir ki, Messi ilə bağlı biz ona oyun vaxtı vermək barədə düşünürdük. Amma 10 nəfərlə qadığımız üçün, həmçinin onun bir az vaxt itirdiyini nəzərə alaraq, ona istirahət verməyi düzgün hesab etdik. Biz riskə getmək istəmədik”.

38-ci dəqiqədə qapıçı Oskar Ustarinin qırmızı vərəqə alması ilə “İnter Mayami” bir nəfər azlıqda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button